Samir Əliyev bu milliyə baş məşqçi təyin edildi

Samir Əliyev bu milliyə baş məşqçi təyin edildi
ÖLKƏ FUTBOLU 2 Fevral 2022 / 13:24 3500
-  A +

İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın futbol üzrə milli komandasının baş məşqçisi Samir Əliyev olacaq.

Qol.az-ın xəbərinə görə, bu haqda məlumatı AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov verib.

“Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il təvəllüdlü futbolçular iştirak edəcək. Həmçinin 3 təcrübəli oyunçu da olacaq”. 

Türkiyənin Konya şəhərində təşkil olunacaq yarış avqusta başlanacaq. Futbol millisinin yarışa hazırlığına isə mart ayında start veriləcək: “Vaxt məsələsini də nəzərə almalıyıq. Həm çempionatın növbəti mövsümü, həm də avrokuboklarda iştirak edəcək komandalarımızın avqustda oyunları keçiriləcək. Bu mənada bir az çətinliklər ola bilər”.

Daha çox


Son xəbərlər
topaz banner