“Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq"

“Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq"
ÖLKƏ FUTBOLU 2 Fevral 2022 / 12:02 1256
-  A +

AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan futbolunun gələcəyi ilə bağlı fikirlərini bildirib.

Qol.az xəbər verir ki, bu gün qurumun Hesabat Konfransında R.Abdullayev deyib ki, qarşıda onları yaxşı işlər gözləyir: “Futbolun inkişafı naminə yeniliklərə imza atacağıq".

R.Abdullayev pandemiya dövründə görülmüş işlərə də toxunaraq qeyd edib ki, bu çətin vaxtda AFFA, futbol ictimaiyyəti futbol üçün əllərindən gələni ediblər. 

AFFA prezidenti yeniliklərə misal olaraq, klubların sayının artırılması, ictimai fondların yaradılmasını qeyd edib: "İctimai fondlar hər bir bölgənin öz komandalarına yiyələnməsi anlamına gəlir. Hər bir sakin öz komandasının oyununa getməlidir. Onlar bu istiqamətdə bir addım atsalar, biz iki addım atacağıq".

Daha çox


Son xəbərlər
topaz banner