Millimizdə kütləvi yoluxma - Toplanış ləğv olundu

Millimizdə kütləvi yoluxma - Toplanış ləğv olundu
ÖLKƏ FUTBOLU 2 Fevral 2022 / 09:21 1206
-  A +

18 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdəki beynəlxalq turnirdə iştirak etməyəcək.

Qol.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, buna 6 futbolçu, 1 məşqçi və inzibatçının koronavirusa yoluxması səbəb olub.

Bununla əlaqədar yığmanın Bakıdakı toplanışı da ləğv edilib. Futbolçulardan Adəm Topalov, Həmzəli Mikayılov, Eşqin Əhmədov, Hacıəli Şirəliyev, Murad Məmmədov və Sənan Ağalarovda infeksiya aşkarlanıb. Məşqçi Aslan Kərimov və inzibatçı Ehtiram Abbasovun da testi pozitiv çıxıb.

Qeyd edək ki, Minskdəki yarış 3 - 14 fevralda olacaq.

Daha çox


Son xəbərlər
topaz banner