"Tottenhem"in yetirməsi "Keşlə"də

"Tottenhem"in yetirməsi "Keşlə"də
ÖLKƏ FUTBOLU 1 Fevral 2022 / 20:53 3488
-  A +

"Keşlə" heyətinə yeni oyunçu cəlb edir.

Qol.az xəbər verir ki, paytaxt  təmsilçisi komandada baxışda olan ingiltərəli futbolçu Natan Oduva ilə müqavilə bağlayacaq.

Bunu komandanın baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun 1/4 final mərhələsinin "Qarabağ"la ilk oyunundan (0:1) sonra mətbuat konfransında açıqlama verib.

O, 26 yaşlı yarımmüdafiəçi ilə yaxın günlərdə müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, İngiltərənin "Tottenhem" klubunun yetirməsi olan Natan Oduva son olaraq İrlandiya "Dandolk"unda çıxış edib.
 

Daha çox


Son xəbərlər
topaz banner