Qurban Qurbanov "Marsel"lə oyun haqda 

Qurban Qurbanov "Marsel"lə oyun haqda 
ÖLKƏ FUTBOLU 1 Fevral 2022 / 20:11 4129
-  A +

"Marsel"lə oyunla bağlı düşüncələrim var. Lakin komandaya hələ bildirməmişəm". 

Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bildirib. O, bu gün "Keşlə"yə qarşı keçirilən Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk matçından (1:0)  sonra keçirilən mətbuat konfransında deyib:

"Marsel"lə görüşdə çox dəyişilik etməməyə çalışacağıq. Xırda elementlərdə bəzi dəyişikliklər ola bilər".

Xatırladaq ki, Konfrans Liqasının  1/16 final mərhələsinin "Marsel" - "Qarabağ" ilk oyunu fevralın 17-də, cavab görüşü isə fevralın 24-də keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner