Azərbaycan millisinin üzvü Namik Ələskərovun da çıxış etdiyi "Bursaspor"un baş məşqçisi Tamer Tuna oyunçumuz haqqında danışıb.
Qol.az xəbər verir ki, 46 yaşlı mütəxəssis bu barədə "Lifebursa" nəşrinə açıqlama verib. O, Namik Ələskərov da daxil olmaqla düşərgədəki 3 əcnəbi oyunçunun komandaya can yandırdığını bildirib:
"Onsuz da Namik Ələskərov bizdən biri kimidir. Amma Nikolas Salasar və Reagi Ofosunun ortaya xarakter qoyub komandanı sahiblənməsi mənim üçün çox önəmlidir. Xüsusilə çətin dönəmdə və toplanışda bu futbolçuların komanda yoldaşlarına motivasiya vermələri bizi gücləndirir. Onların heç biri əcnəbi kimi davranmır".
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov 1-ci liqa təmsilçisi ilə 2 illik müqabilə imzalayıb.
Noyer sıradan çıxdı
“Real” sonda sevindi
PSJ öz meydanında uduzdu
MOİK-in qələbəsi - Video
DÇ-2026-ya vəsiqə qazanmasalar, istefa verəcək
Azərbaycan millisi Macarıstanda məşqə çıxdı - Şəkillər
"Səbail"in 4 qollu qələbəsi - Video
UFC yarışı yenidən Bakıya qayıdır
Volkan Demirelin yeni klubu