“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan futbolunda 5 əvəzetmənin tətbiqinin zəruriliyi ilə bağlı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun səsləndirdiyi fikrə münasibət bildirib.
Qol.az-ın xəbərinə görə, gənc mütəxəssis dünən İTV-də yayımlanan “Bol İdman” verilişində qeyd edib ki, bununla bağlı söhbətlər edilsə də, yetərincə görüş olmayıb:
“Biz də bununla bağlı zamanında öz fikrimizi bildirmişdik. Mən nəyin tərəfdarıyam? Bu gün heyətim kasatdır, 5 əvəzetmə mənə sərfəli deyil. 3 əvəzetməni güclə edirəm. Amma söhbət tək məndən və ya başqa bir klubdan getmir. Bu məsələ ümumiləşdirilməli və müzakirəyə çıxarılmalıdır. Əgər təklif hər hansı bir məşqçi tərəfindən gəlirsə, yaxşı olardı ki, məşqçilərlə görüşlər olsun. Bu məsələ çox aktuallaşdı, amma təəssüf ki, məsələnin üstündən keçildi,. Klubların hər birindən şifahi olaraq soruşuldu, amma müzakirə olunmadı. Əgər Qurban Qurbanov kimi savadlı, Azərbaycan futboluna böyük töhvələri olan şəxs bu fikri irəli sürürsə, bu söhbət müzakirə olunmalı idi”.
R.Sadıqov limit məsələsinə də toxunub, həmişə limitin tərafdarı kimi çıxış etdiyini söyləyib: “Mən 7+4 tərəfdarı olmuşam”.
Bununla belə, “Zirə”nin baş məşqçisi bildirib ki, çempionatda klub sayı artarsa, limit azalmalı, indiki kimi olarsa, 6+5 qalmalıdır: “Klub sayı eyni qalıb limit azalsa, biz yerlı futbolçuları itirməyə başlayacayıq. Komanda sayı artacaqsa, 7+4 tərafdarıyam”.
Nihat Kazımlı
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video