“Qarabağ” Konfrans Liqasının pey-off mərhələsində “Marsel”lə ilk görüş üçün Fransaya səfər hazırlıqlarını davam etdirir.
Bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, “Qarabağ”a oyunun yerinin dəyişdirilməsi ehtimalı ilə bağlı heç bir məlumat daxil olmadığını və təmsilçimizin Fransaya getmək üçün hazırlaşdığını deyib:
“Daha əvvəl oyunun yerinin dəyişməsi ehtimalı ilə bağlı bizə heç bir məlumat verilməmişdi. Ona görə də görüşün Marseldə təşkil ediləcəyi ilə bağlı təsdiq məlumatı da almamışıq. İlk gündən qarşılaşmanın Marseldə, “Velodrom”da keçiriləcəyi bildirilmişdi. Bu da qüvvəsində qalır. Hər hansı bir dəyişiklik olsaydı, “Qarabağ”a bu barədə rəsmi məlumat gələrdi. Biz də belə xəbərləri mediada oxumuşuq. Biz bütün hazırlıqlarımızı, təşkilati baxımdan işlərimizi Fransaya səfər istiqamətində edirik. Bəzi futbolçularımız və nümayəndə heyətindəki üzvlər istisna hal kimi Fransaya gedəcək. İstisna hallarda hansı şərtlərə əməl olunmalıdırsa, onları öyrənəcəyik və yoluna qoyacağıq”.

Xatırladaq ki, "Qarabağ"ın futbolçularına vurulmuş "Sinovac" vaksini Fransada qəbul olunmur. Buna görə də oyunun neytral ölkədə keçirilməsi variantı gündəmdə idi. Bu gün isə Fransanın idman naziri Roksana Marasinyanu da Çin və Rusiya peyvəndindən istifadə edən idmançıların ölkəyə gələ biləcəyini açıqlayıb. Onun sözlərinə görə, xarici idmançılar ölkələrində tam peyvənd təqvimini təqdim etmələri və ciddi sağlamlıq protokoluna əməl etmələri şərti ilə Fransaya buraxılacaqlar. Futbolçular qarşılaşmanın startından 24 saat əvvəl test verməlidirlər.
Fransa mətbuatı isə “Marsel” – “Qarabağ” oyununun Fransada keçiriləcəyini yazıb.
Qeyd edək ki, "Qarabağ"ın "Marsel"lə ilk oyunu fevralın 17-də səfərdə, cavab görüşü isə fevralın 24-də Bakıda olacaq.
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı