Azərbaycan millisinin "Bursaspor"da çıxış edən futbolçusu Namik Ələskərov hələlik klubun maliyyə problemlərinə görə komandadan ayrılmaq fikrində deyil.
Qol.az xəbər verir ki, Türkiyənin "Bursadabugün" nəşri klubun ciddi maliyyə problemləri ilə üzləşdiyini və bir neçə oyunçusunun bu səbəbdən komanadan getdiyini yazıb. Məlumatda bildirilib ki, "Bursaspor"un Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında 21 futbolçu iştirak edib. Bunların sırasında yalnız 3 əcnəbi var və onlardan biri də Namik Ələskərovdur. Ələskərovla birlikdə Nikolas Salasar və Reagi Ofosunun xarakterli mövqe tutaraq komandadan ayrılmadıqları yazılıb.
Oyunçulardan Kristobal Xorkera klubun ona 700 min avro borcu olduğunu əsas gətirərək yanvarın 28-də hazırlıq prosesindən ayrılıb və klubu FIFA-ya şikayət edib. Sloveniyalı Tim Matavj isə eyni səbəbə görə "Bursaspor"u UEFA-ya şikayət edib və müqaviləsini ləğv edib Kipr "Omoniya"sına keçib. Hazırda zədəli olan niderlandlı Elton Akolatse də komandanı tərk etmək istəyir."timsahlar"ın gənc və istedadlı oyunçuları hesab olunan Taha Altıkardeş, Batuhan Kör, Kerem Şen maliyyə problemlərinə görə "Trabzonspor"a satılıb.
Qeyd edək ki, ötən ilin avqustunda "Bursaspor"a transfer olmuş Namik Ələskərov 1-ci liqa təmsilçisi ilə 2 illik müqavilə imzalayıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video