"Qəbələ" qış "transfer pəncərəsi" zamanı heyətini daha bir futbolçu ilə gücləndirir.
Qol.az-ın əldə etdiyi məlumata görə, bölgə klubu Azərbaycanın U-21 millisinin türkiyəli üzvü Samet Karakoçun keçidini həll edib. Onunla 1,5 illik müqavilə imzalanacaq. “Qəbələ”nin mətbuat xidmətindən Qol.az-a verilən açıqlamada məlumat təsdiqlənib. Qeyd edilib ki, gün ərzində futbolçunun transferi rəsmən elan olunacaq.
Qeyd edək ki, son klubu "Bayrampaşaspor" olan 20 yaşlı son cinah müdafiəçisi Samet Karakoç artıq Bakıya gəlib.
Əlavə edək ki, S.Karakoç "Avro-2021"nin seçmə mərhələsində Azərbaycan U-21-nin heyətində 4 oyuna çıxıb.
***
"Qəbələ" klubu da bu transferlə bağlı rəsmi açıqlama yayb. Açıqlamada deyilir ki, klub qış fasiləsində ikinci transferini gerçəkləşdirib. “Qırmızı-qaralar” Azərbaycanın U-21 yığmasının futbolçusu Samet Karakoçu heyətinə qatıb. 20 yaşlı müdafiəçi ilə 2022/23 mövsümünün sonuna qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Son klubu “Bayrampaşa” olan Karakoç 2020-ci ilin yayında əsas komandaya cəlb olunub. O, sol cinah müdafiəçisi olsa da, arxa xəttin mərkəzində də çıxış edir. Karakoç Azərbaycanın U-19 və U-21 yığmalarının formasını geyinib.
Xatırladaq ki, “Qəbələ” Sametə qədər Patrik Robson de Souza Monteyronu heyətinə qatıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video
Batrakovun dublu və o məşhur "Kalinka" - Video