"Rusiya Premyer Liqasının maliyyə imkanları Azərbaycan çempionatı ilə müqayisədə xeyli yüksəkdir".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah" klubunun baş məşqçisi Murad Musayev "Match TV"yə geniş müsahibəsində deyib.
39 yaşlı mütəxəssis bildirib ki, Rusiya klubları heyətlərinə ciddi yığmalardan oyunçular dəvət edə bilirlər: "Azərbaycanda sərt limit var. Meydana eyni vaxtda ən azı beş yerli oyunçu çıxmalı, biri isə 2000-ci il təvəllüdlü olmalıdır. Rusiyada futbol akademiyalarının işi daha yüksək səviyyədədir. Buradan böyük futbola düşən oyunçular daha hazırlıqlı olurlar. Futbolun ümumi səviyyəsi Rusiyanın xeyrinədir".
Rusiyalı baş məşqçi Azərbaycan klubları arasında "Qarabağ"ı xüsusi fərqləndirib: "Avropada diqqət çəkən, ardıcıl 8 mövsüm Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış komandadan söhbət gedir. Bu kollektiv tezliklə UEFA Konfrans Liqasının pley-offunda Fransa "Marsel"i ilə oynayacaq. Bir neçə il öncə Avropa Liqasında Tula "Arsenal"ını üstələmiş hazırkı ölkə çempionu "Neftçi"ni də unutmayaq. Təbii ki, Rusiya liqası daha güclüdür. Bununla belə, Azərbaycanın da müsbət və mənfi cəhətləri olan çətin çempionatı var. Premyer Liqada cəmi səkkiz komanda çıxış edir. Dörd dövrə ərzində hamı bir-birinə qalib gələ bilər. Komandalar bir-birini tanıyır. Meydanda döyüş ruhu, sərt mübarizə olsa da, hakimlər çox fit çalmır".
Musayevin sözlərinə görə, çempionluğu daha yaxşı yerli futbolçulara sahib olan komanda qazanır: "Limit varsa, yerli oyunçuların səviyyəsi böyük əhəmiyyət kəsb edir. "Qarabağ"dakı yerlilərin demək olar ki, hamısı Azərbaycan millisinin əsasını təşkil edir. Sonuncu dəfə “Sabah”dan iki nəfər yığmaya cəlb olunub. Amma onlardan heç biri meydana çıxmayıb. Ümid edirəm ki, futbolçuları milli üçün hazırlaya bilərik. Rusiyada da vəziyyət oxşardır: daha yaxşı rusları olan komanda çempion olur. Düzdür, qiymət heç də həmişə səviyyəni əks etdirmir. Bununla belə, əksər hallarda maliyyə göstəriciləri hələ də informativ xarakter daşıyır". (Report)
1-ci liqada 3 oyun
“Trabzonspor”u çalışdıra bilər
Premyer Liqa tarixinə düşdülər
Alvaresin qol həsrəti davam edir
Azərbaycan boksçularının ilk rəqibləri bəlli oldu
"Karvan-Yevlax"ın qələbəsindən - Video
Ronaldo “Əl-Nəsr”dən gedə bilər
“Qəbələ”dən 1-ci liqa klubuna keçdi
Yamal Flikə müraciət etdi
Bəhlul Mustafazadə yenidən əməliyyat olundu
“Karvan-Yevlax” liderliyə yüksəldi
“İstəyirəm daha çox kubok qaldırım” - Emin Mahmudov
"Sumqayıt"ın əsas kapitanı seçildi
“Kəpəz” bəyanat yaydı
"Tottenhem"in sabiq futbolçusu "Ayaks"da
1-ci liqada həftənin hakimləri məlum oldu
Konte "Mançester Yunayted"in baş məşqçisi ola bilər
Mourinyodan “Real”da ən yaxşı start
“O, “Qarabağ”da yaxşı oynayır” - Marko Rossi
Nəhənglər 18 yaşlı futbolçuya göz dikdi
"İnter Mayami"də yeni baş məşqçi - Rəsmi
"Bolonya" da Tedeskonu göndərdi
Avroliqanın oyunları bu kanalda
“Qəbələ” yeni baş məşqçisini açıqladı
Həyat yoldaşı vəfat etdi
“Barselona” danışıqlara başladı
"Qarabağ"a gəlmək böyük dəyişiklik idi” - Varkonyi
"Kəpəz"in legionerinə millidən dəvət gəldi
Xames Rodriqez milli ilə vidalaşdı
Arda Güler yenə səhnədədir! - Video
Simeone: “Qızıl top” Messiyə verilməlidir”
"Sabahın ulduzları": "Qarabağ" və "Neftçi"dən qələbə
Messiyə milli komandadan son dəvət
"Lans" baş məşqçisi ilə yolları ayırdı