“Bu 10 gün ərzində Antalyadakı hava şəraiti yaxşı oldu. Biz getməzdən əvvəl yağış, biz qayıdansan sonra isə qar yağdı. Amma orda olanda məşq üçün ideal hava var idi. Məşqlər və oyunlar istədiyimiz kimi oldu”.
Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin baş meneceri Nail Kərimov komandanın Antalya toplanışını dəyərləndirərkən deyib.
“Qırmızı-qaralar” ötən gün qardaş ölkədəki hazırlığı başa vuraraq Bakıya qayıdıb. Klub rəsmisi hazırlıqların istənilən kimi keçdiyini söyləməklə yanaşı, bəzi əskliklərin olduğunu da bildirib: “Bizi narahat edən məqam futbol ictimaiyyətinə məlum olan zədəlilərdən başqa Antalya toplaşı dövründə alınan mikrozədələr və xəstəliklər oldu. Bəzi futbolçularımız müəyyən məşqlər və oyunları buraxmaq məcburiyyətində qaldılar. Təəssüf ki, onlar istədiyimiz formada hazırlaşa bilmədilər. Amma bu da qorxulu məqam deyil.
Yeni transferimiz Patrik də komandaya gec qoşuldu. Koronavirusla bağlı verdiyi test iki dəfə pozitiv çıxdı. Yanvarın 23-də komandanın düşərgəsinə gəldi. İki gün məşqlərdə iştirak etdi. Ancaq hazır olmadığı üçün son yoxlama oyunumuzda məşqçilər korpusu ona şans vermədi. Omar Hani yanvarın 22-də İordaniya millisinə qoşulmaq üçün ölkəsinə yola düşdü. Yəni müəyyən əskikliklər oldu. Bu da futbolda qaçılmazdır”.
N.Kərimov komandanın hansı durumda olduğunu fevralın 2-də Azərbaycan kubokunun 1/4 finalında “Sumqayıt”la keçiriləcək oyunda bilinəcəyini qeyd edib: “Yoxlama oyunları məşqçilərin boşluqları görməsi üçün lazım idi. Baş məşqçimiz Elmar Baxşiyev oyunlardan sonrakı videoyazılarla bu boşluqların üzərində ciddi dayandı. Ümid edirik ki, toplanışın komandaya xeyri oldu. Komandanın hansı durumda olmasını isə qarşıdakı ilk rəsmi oyunda görəcəyik”.
N.Kərimov zədə səbəbindən Antalya toplanışında iştirak etməyən Ürfan Abbasovun mövqeyi üçün yeni müdafiəçi almaq istədiklərini də bildirib: “Ürfan Abbasov biz Antalyada olan müddətdə müalicəsini davam etdirdi. Bugünlərdə MRT olunacaq. Müalicənin nə effekt verdiyini görəndən sonra biləcəyik ki, belə davam etdirməyin bir mənası var, yoxsa əməliyyat olunmalıdır.
Yeni transfer olmaq ehtimalı var. Samet Karakoçun meneceri ilə danışmışıq. Niyə ehtimal deyirəm? Çünki futbolçunun klubu ilə müqaviləsi var. Hər şeydən əvvəl klubu buna razı olmalıdır. Bu yöndə danışıqlar gedir. Fevralın 8-nə qədər transfer pəncərəsi açıqdır. Mümkün olsa, bir oyunçu transfer etmək istəyirik”.
Ramiq Ağaməmmədov
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video