Futbol mütəxəssisi Aslan Kərimov “Neftçi”nin qış transfer pəncərəsində heyətinə qatdığı oyunçular barədə danışıb.
O, Qol.az saytına açıqlamasında Azər Salahlı və Eddi İsrafilovun keçidi haqqında fikirlərini bölüşüb. Kərimov bildirib ki, Eddi İsrafilovun paytaxt təmsilçisinə uyğunlaşması çətin ola bilər:
“Bu futbolçuların komandaya nə qədər dəstək olacağı bir az sual doğurur. Amma şəxsən öz adımdan deyə bilərəm ki, “Neftçi”nin oyun üslubunu nəzərə alsaq, yəqin ki, Samir Abasov Azəri cinah oyunçusu mövqeyində istifadə edəcək. Çünki 5-li müdafiə ilə oynayan bir komandada cinah müdafiəçisinin hücumçu rolunda çıxış etməsi də lazım gəlir. Yəni, fiziki baxımdan böyük iş görmələri lazım olacaq. Azər də əslində bunun öhdəsindən gələ bilən futbolçulardandır. Amma texniki tərəfdən nə qədər üstünlük təşkil edəcək, bunu yalnız oyunlardan sonra deyə bilərik. Eddiyə gəldikdə isə onun haqqında söz-söhbətlər çox yayılmışdı. Millidən qovulması danışıldı. Mən belə deməzdim. Amma baş məşqçi Canni de Byazinin onun oyununu bəyənmədiyi və yığmadan kənarda saxlamaq istədiyi açıq-aşkar görünürdü. Çünki De Byazinin gəldiyi dövrdə Eddi və bir neçə futbolçu milli komandadan imtina etmişdi. Həm də Eddinin ailəsinin 44 günlük Vətən Müharibəsi zamanı verdiyi açıqlamalar da rezonans yaratmışdı. Bunun fonunda komandaya uyğunlaşmaq Eddi üçün çox çətin olacaq. Çünki belə bir söz-söhbətlərdən sonra komandaya gələndə səhv etmək şansın olmur. Yəni, pis oynaya bilməz. Əks-halda keçmişdəki söz-söhbətlər yada düşəcək. Ona görə də hazırda Eddi “Neftçi” adına qüsursuz oyun nümayiş etdirməlidir. O, matçlarda komandanı öz arxasınca aparmalıdır ki, həmin söz-söhbətlər yaddan çıxsın. Eddi üçün həddindən artıq çətin olacaq. Amma ümid edirəm ki, bu oyunçular “Neftçi”yə kömək edə biləcəklər”.

Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video