"Təlim-məşq toplanışının müsbət və mənfi tərəfləri oldu. Uşaqları işləməsi, meydandakı hərəkətləri bizi qane etdi. Kənardan bəziləri üçün görünməsə də, komandamızda inkişaf var. Bu gün sistemi dəyişib ona uyğunlaşmaq asan deyil. Təcrübəli futbolçularımız çox olsa da, hər sistemin öz tələbi var".
Qol.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Türkiyənin Antalya bölgəsində Polşanın "Qurnik" (Leçna) klubuna 1:0 hesabı ilə qalib gəldikləri sonuncu yoxlama oyunundan sonra klubun rəsmi televiziyasına açıqlamasında deyib.
"Bu gün Azər Salahlını orta xəttə çəkməkdə fikrim onu orada yoxlamaq deyildi. Voislav Stankoviçə istirahət vermək istəyirdik. Eddi İsrafilovun komandaya daha yaxşı adaptasiya olması üçün ona hər 3 görüşdə şans verdim. Təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurmaq yaxşı haldır.Futbolçular da buna görə sevinclidir. Amma indi bu amilə çox da fikir vermirik. Oyunçuların hamısı hazır deyil. Məsələn, Tyaqo Bezerra, Ramon Maçado və Sezar Meza Kolli komanda ilə az məşq edib. Ümumi götürsək, fiziki durumumuz yaxşıdır" - deyə o bildirib.
Baş məşqçi toplanışda iştirak edən gənc futbolçular haqqında çox danışmaq istəmədiyini söyləyib: "Meydanda özlərini aparmalarından razı qaldım. Çox sərbəst və rahat idilər. Düzdür, təcrübəlilərin də onlara köməyi dəydi. Bu, böyük üstünlükdür. Amma çatışmazlıqları da çoxdur".
Abasov baxışda olan panamalı hücumçu Ansoni Alexandro Frias Qonsaleslə bağlı qərarı klub rəhbərliyinin verəcəyini vurğulayıb: "Bunlar layihə oyunçuları hesab olunurlar. Onun haqqında çox danışa bilmərəm, çünki qərarı rəhbərlik verəcək. Toplanışın ən yaxşı tərəfi odur ki, bu cür futbolçular bir-birinə tez uyğunlaşırlar. İnanırıq ki, yaxşı olacaq və Bakıya da bu ümidlə qayıdırıq.
Hər zaman düzünü deməyə çalışmışam. "Qarabağ" kimi komanda ilə aramızdakı 11 xal çox böyük fərqdir. Amma heç vaxt əlimizi yanımıza salmayacağıq. Son oyunadək vuruşacağıq".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video