"Qarabağ"ın Antalyadakı rəqibi dəyişdi

"Qarabağ"ın Antalyadakı rəqibi dəyişdi
ÖLKƏ FUTBOLU 24 Yanvar 2022 / 15:34 2197
-  A +

"Qarabağ"ın Antalya toplanışındakı yoxlama oyunlarının proqramında dəyişiklik edilib.

Qol.az klubun mtbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 25-də "Tatran"la keçirilməsi nəzərdə tutulan oyun baş tutmayacaq. 

Buna səbəb Slovakiya klubunun Antalya toplanışına gəlməməsidir. Bu səbəbdən "Qarabağ" Çexiyanın "Bohemians" klubu ilə qarşılaşacaq. Həmin gün "Qarabağ" Polşanın "Visla Krakov" klubu ilə də üz-üzə gələcək. "Bohemians"la matç  Bakı vaxtı ilə 12:00-da, "Vilsa Krakov"la oyun isə 18:00-da başlayacaq. "Qarabağ" bu görüşlərdə fərqli heyətlərlə oynayacaq.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner