“Hələ ki, hər şey planlaşdırdığımız kimi gedir. Məşqlərdən razıyam".
Qol.az xəbər verir ki, bu sözləri "Sabah"ın baş məşqçisi Murad Musayev Antalya toplanışında Macarıstanın "Pakş" klubu ilə keçirilən yoxlama matçından (1:1) sonra deyib.
Klubun mətbuat xidmətinə açıqlama verən rusiyalı mütəxəssis əvvəlcə toplanışı qiymətləndirib: "Komanda xüsusi fədakarlıqla çalışır. Lakin ən çətini hələ irəlidədir, yükləmələrin artması ilə daha çox yorğunluq olacaq. Təlim-məşq toplanışı həmişə çətin olur. Burda ustalıqdan savayı xarakter və öz imkanların daxilində maksimum çalışmaq da çox önəmlidir”.
Murad Musayev komandasının qələbəyə daha yaxın olduğunu, lakin hələ optimal formasından uzaq olduğunu qeyd edib: “Hazırda optimal formamızdan uzağıq. Oyunun məzmunu da buna uyğun idi. Hər oyun fazasında artıma ehtiyac var. Matçda bəzi məqamlar məni razı saldı. Topa nəzarət və irəli xətdə anlaşma yaxşı səviyyədə idi. Düşünürəm ki, bu gün biz hücumda daha təhlükəli və qələbəyə yaxın tərəf idik. Amma təlim-məşq toplanışında nəticənin heç bir önəmi yoxdur. Vacib olan qarşıya qoyulmuş tapşırıqları yerinə yetirmək və mümkün zədələrdən yayınmaqdır”.
Qeyd edək ki, "Sabah"ın Antalya toplanışı çərçivəsində daha 2 oyunun keçirilməsi nəzərdə tutulub. Komanda yanvarın 25-də Serbiya “Mladost”u ilə qarşılaşacaq. Digər rəqibin adına qarşıdakı günlərdə aydınlıq gələcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video