"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov klubun üç yeni transferi - Leandro Andrade, Luka Quqeşaşvili və Rüstəm Əhmədzadə barədə fikirlərini bildirib.
Adları çəkilən futbolçulardan sonuncu ikincisi dünən Antalyada "Qaz Metan"a (Rumıniya) qarşı keçirilən yoxlama matçının ikinci hissəsində meydanda olublar. Leandro Andrade isə görüşü tribunadan izləyib.
Qurban Qurbanov oyundan sonra Qol.az saytına açıqlamasında deyib:
“Leandro Andrade cəmi 2 gündür ki, komandaya qoşulub. O, fərdi məşqlər edir. Çünki xeyli müddətdir ki, komanda ilə məşqlərdə olmurdu. Andrade fərdi məşqlər etdiyini, klubunun ona verdiyi proqram üzrə çalışdığını demişdi. Amma hər bir halda görünür ki, o, öz optimal formasından uzaqdır. Gələn həftədən etibarən komanda ilə ümumi məşqlərə başlayacaq. Bu 2 gün ərzində 3 dəfə məşq edib. Hazır olmadığı üçün “Qaz Metan”la görüşdə oynamadı. Rüstəm də komandaya gec qoşulmuşdu. Xeyli müddət məşqsiz qalıb. Ona görə də formasından uzaqdır. Bu aylarda belə şeylərin olması normaldır. İnanıram ki, yavaş-yavaş komandadakı bütün oyunçuların hazırlığı eyni səviyyəyə çatacaq”.
Q.Qurbanov qapıçı Luka Quqeşaşvilinin transferi barədə də fikirlərini bildirib:
“Emil Balayev yanvarın 15-dən komandaya qoşulacaq. “Marsel”lə oyuna hələ xeyli müddət qalıb. Emil də çoxdandır ki, məşqlərdən uzaq idi. Qapıçıların qarşıdakı müddətdə hazırlığına baxacağıq. Luka Quqaşeşvili də dünən ilk dəfə komanda ilə məşqlərə qatılıb. Şahruddinin və Emilin zədəli olması bizi yeni qapıçı almağa məcbur etdi. Bu, təkcə “Marsel”lə oyun üçün yox, ümumilikdə Premyer Liqa matçları üçün də vacib idi. Çünki biz çox diqqətli olmalıyıq. Xüsusən də oyunçular cəhətdən hər hansı bir problemlə üzləşməli deyilik. Ona görə də belə bir addım atdıq. Düşünürəm ki, futbolçuları yaxşı, sağlam rəqabət gözləyir. Bu qapıçılardan hansının əsas heyətdə olacağı barədə qərar vermək üçün vaxt var".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video