Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən Azərbaycan millisinin bu gün mətbuat üçün açıq məşqçi, baş məşqçinin isə brifinqi keçirilib.
Qol.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Joze Alesio Da Silva bunları deyib:
“Rəsmi oyunlardan sonra yoldaşlıq matçını dekabrda keçirdik. Yəni komanda 8 aydan sonra yığışdı. Üstəlik, Ukrayna ilə oyuna az - 5 məşq keçib çıxmışdıq. Ona görə də boşluqların olması normaldı. Az məşq edəndə səhvlərdən qaçmaq mümkün deyil. Bunları nəzərə alsaq, Ukrayna ilə oyunda səhvlərin olması anlaşılan idi. İndi isə Avropa çempionatına tam heyətlə hazırlaşırıq. Vaxtımızda əvvəlki toplanışla müqayisədə çoxdur. Komanda üçün hər cür şərait yaradılıb. Artıq 5 məşq keçmişik, qarşıda isə 3 məşqimiz var. Bazar günü Belçikaya yola düşəcəyik. Yekun heyəti də səfər ərəfəsində açıqlayacağıq. Bu ölkənin yığması ilə də yoldaşlıq matçında gücümüzü sınayacağıq.
Onun sözlərinə görə, final mərhələsinə gəldikdə, birinci oyun finala bərabərdir: "Gürcüstanla görüşdə qazanılacaq qələbə digər oyunlara hazırlaşmaq və növbəti addımlar atmaq baxımından vacib olacaq.
Komandada atmosfer yaxşıdır. Fiziki baxımdan futzalçılar hazırdır. Ölkə xaricində çıxış edən oyunçularımız klublarında daim oynayırlar. Yerli çempionatdakı milli üzvləri isə yanvarın 5-dən fiziki hazırlıq keçiblər. Ciddi zədəsi olan futzalçımız yoxdur. Düzdür, bir neçə oyunçuda yüngül ağrılar var, amma bu onlara məşq etməyə və oyun keçirməyə mane olmayacaq".
Joze Alesio deyib ki, daha çox yoldaşlıq oyunu keçirmək istəyirlər:" Oktyabr, noyabr aylarında qarşılaşmaq üçün rəqib tapa bilmədik. Pandemiya ilə əlaqədar danışıq apardığımız komandaların bir neçəsi imtina etdi. Elə ölkə oldu ki, Bakıya dəvət etdik, amma gələ bilmədilər.
Çalışacağıq ki, final mərhələsində daha yaxşı nəticə qazanaq. Çünki heyətimizdə elə futzalçılar var ki, bu yarış onların karyerasında sonuncu olacaq”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video