Azərbaycan millisinin futzalçısı Ramiz Çovdarov Azərbaycan Futzal Federasiyasının rəsmi saytına açıqlama verib.
Qol.az xəbər verir ki, o, yığmamızın təlim-məşq toplanışı haqqında danışıb:
“Yanvarın 10-dan təlim-məşq toplanışına yığışmışıq. Əslində isə məşqləri yanvarın 5-dən bərpa etmişik. Sadəcə, həmin vaxtdan Bakıda olan oyunçular hazırlıq prosesində iştirak edirdi. Plan üzrə hazırlıqlarımız davam edir. Bəzən gün ərzində 1, bəzən isə 2 məşq keçirik. Əsas problemimiz komanda şəklində verilən tapşırıqları yerinə yetirməklə bağlıdır. Çünki bir neçə futzalçımız fərqli klublarda və üslubda oynayırlar. Qalır onların baş məşqçinin verdiklərini meydanda icra etməsi”.
Ramiz vaxt azlığını da qabardıb: “Düzdür, vaxtımız azdır. Ancaq hər məşqdə maksimumu etməyə çalışırıq. Digər komandalar bizdən əvvəl toplanışa başlayıblar. Bizim gecikməyimiz ölkədən kənarda çıxış edən oyunçuların çempionatlarının davam etməsi ilə bağlı oldu. Elə etməliyik ki, bir yumruq olaq, bir nöqtəyə vuraq. Belçika ilə yoldaşlıq oyunu çox vacibdir. Bu görüş final mərhələsinə nə qədər hazır olduğumuzu göstərəcək. Belə deyək də, məşqlərimizin bəhrəsini orada görəcəyik. Hər nə qədər gec toplaşsaq da, müəyyən “axsamalar” olsa da, yaxşı nəticə qazanacağımıza ümid edirəm. Qrupdakı rəqiblərimizə gəldikdə, bütün komandalar hazırlaşır. İspaniya və Bosniya və Herseqovina ilə yaxın 4-5 ildə qarşılaşmışıq. Gürcüstan millisi ilə əvvəlki illərdə oyunlar keçirilib. Nə ispanlar, nə də bosniyalılar yerinə sayır. Daim inkişaf edir, dəyişirlər. İspaniya millisi sonuncu Avropa və dünya çempionu olan Portuqaliya ilə iki yoldaşlıq oyunu keçirib və qələbə qazanıb. Əlbəttə, qarşılaşmalar çətin keçəcək”.
Çovdarov Avro-2022-yə qələbə ilə başlamaq arzusunu da gizlətməyib: “Gürcüstanla oyun daha əhəmiyyətlidir. Çünki qazanacağımız qələbə bizi əsas rəqiblərimizin birindən önə keçirəcək. Həm də start üçün 3 xal vacibdir. Düzdür, Ukrayna ilə oyunu əsas götürəcəklər. Bəlkə də fikirləşəcəklər ki, oradakı kimi oynayacağıq. Etiraf edim ki, həmin matçlara hazır deyildik. Amma indi fərqli durumdayıq. Bosniya və Herseqovinaya gəldikdə, onlarla Bakıda qarşılaşmışıq. Qələbə qazansaq da, görüş kifayət qədər gərgin keçdi. Həm fiziki baxımdan, həm də kollektiv şəkildə güclü rəqibdir. Hələ ki diqqətimizi Gürcüstanla matça yönəltməliyik. Bu görüşdə qazanılacaq nəticə digər oyun üçün də hədəflərimizi müəyyənləşdirəcək”.
Yubiley matçında komandası uduzdu
"Fənərbaxça"nın futbolçusu "Atletiko"nun hədəfində
Fernandeş Bekhemin rekordunu qırdı
"Neftçi" "Qəbələ"ni belə məğlub etdi - Video
Mahir sevindi, tribunalar “Emreli” dedi - Video
"Barselona" "Sevilya"nı darmadağın etdi
Yamal niyə ehtiyatda qaldı?
Kazemiro başladı, Şeşko bitirdi
2-ci liqa matçının yeri dəyişdirildi
"Tottenhem" çempionatın "lideri" oldu
Mbappe yenidən yaşıl meydanlarda
Qərb derbisində vurulan qollar - Video
Emreli 8 ay sonra qol vurdu
Ştegen "Barselona"da səsvermə hüququnu itirdi
Finalissima-2026 keçirilməyəcək! - UEFA açıqladı
"Son üç oyunda ciddi ağrılarım var idi" - Rəhman Hacıyev
"Vacib iki xal itirdik" - Kurban Berdiyev
Avropa klublarının hədəfinə düşdü
“Qəbələ” - “Neftçi”: Heyətlər
Rəhman Samokun uğurlu seriyasını qırdı
Mahir Emreli ehtiyatda
Azərbaycan millisi FIBA Çempionlar kubokunda 2-ci oldu
İqor Tudor bu gün istefaya göndərilə bilər
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
"Liverpul" Alissonla müqaviləni uzatdı
"Nyukasl" Londonda "Çelsi"yə belə qalib gəldi - Video
“Mənə Kolumbiyadan zəng gəlməyib” - Kamilo Duran
Qadın futbolçulara uyğunsuz mesaja görə işdən qovuldu
Arda Güler 70 metrdən qol vurdu - Video
Nəriman Axundzadə ehtiyatda qaldı
Kökçünün komandası yenə uduzdu
“Qalatasaray” və “Trabzonspor”dan qələbə
"Yuventus" baş məşqçi ilə bağlı qərarını verdi
"Avrokubok üçün əlimizdən gələni edəcəyik" - Rəşad Sadıqov
"Tam özümüzə gəlməmişik" - Qurban Qurbanov
"Qarabağ"ın vacib qələbəsindən - Video
Qavi geri dönür
Qırmızı vərəqələr, ləğv edilən qollar, hərəyə 1 xal
"Sabah" "İmişli"yə, "Qarabağ" "Zirə"yə qalib gəldi
"Fənərbaxça" futbolçuları təhdid edilir
"Qalatasaray"lı Osimhen "Real"a gedir?