“Hayduk” azarkeşlərindən bir neçəsi mənə dedi ki, yenidən “ağ-qaralar”da oynamalıyam. Amma onlara “Qarabağ”ıa daha il yarımlıq müqaviləm olduğunu bildirdim. “Qarabağ”dan razıyam. “Hayduk”un yaxşı mövsüm keçirməsinə şadam və ümid edirəm ki, sona qədər belə davam edəcək”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın xorvatiyalı futbolçusu Filip Ozobiç ölkəsinin mətbuatına müsahibəsində deyib.
Millimizə cəlb olunan 30 yaşlı yarımmüdafiəçi “Sportske.jutarnji” nəşrinin suallarını cavablandırarkən əvvəlcə Bakıdakı həyat tərzindən danışıb: “Şəhərə çıxanda insanlar məni tanıyır, amma tez-tez yaxınlaşmırlar. Hərdən kimsə şəkil çəkdirmək istəyir. Futbolu izləyən adam kimin harada oynadığını bilir. Amma Splitdəki kimi eyforiya yoxdur. Bu baxımdan mən Livayanın heç on faizi də deyiləm. Orada futbolçulara belə pərəstiş etmək vərdişləri yoxdur. Splitdə baş verənlər, həqiqətən də, heç yerdə yoxdur.
Ozobiç Azərbaycan yığmasını seçdiyi üçün peşman olmadığını bildirib: “Azərbaycan millisində oynamağımı deyəndə ailəmizdə hamı məni dəstəklədi. Qərarlarıma hörmət edirlər. Təkcə ailə üzvlərim deyil, həm də dostlarım matçlara baxırlar. Azərbaycan yığmasında oynamaq qərarına gəldiyim üçün peşman deyiləm. Bilirdim ki, Xorvatiya millisindən mənə zəng etməyəcəklər. İmkan varsa, niyə kömək etməyək. Azarkeşlər mənə mahnı oxuyurlar. Azərbaycan dilində oxuduqları üçün başa düşmürəm. Mən o dili yaxşı bilmirəm, yalnız sol, sağ, daha yavaş, daha sürətli... Çünki hamı rus dilində danışır, ona görə də öyrənməyə ehtiyac duymadım. Rus dilini daha əvvəl Moskva “Spartak”ında olarkən öyrənmişdim”.
Ozobiç millimizin DÇ-2022-nin seçmə mərhələsində cəmi 1 xalla sonuncu yeri tutmasına isə belə münasibət bildirib: “Beş komandadan ibarət qrupumuz var idi. Bundan pis olsaydı belə, daha çox xal toplayardıq. Azərbaycanda bir növ nəsil dəyişikliyi yaşanır, italyan baş məşqçi Canni de Byazi yeni komanda formalaşdırır. Millətlər Liqasında daha yaxşı olacağımıza inanıram. Komanda yeni qurulur. Bəzi oyunçular getdi.
Millətlər Liqasında rəqiblərimizdən Slovakiya kağız üzərində əsas favoritdir, bunu etiraf etməliyik. Təcrübələri, güclü liqalardan keyfiyyətli oyunçuları var. Xorvatiya ilə matçlarda təhlükəli olduqları görünürdü. Hər kəsi təəccübləndirmək istəyirik, amma özümüzə birincilik məcburiyyəti qoymuruq. Seçmə mərhələlərdən daha çox xal qazanmalıyıq”.
O, Konfrans Liqasının pley-off mərhələsindəki rəqibləri “Marsel” haqda da danışıb: “Marsel” böyük klubdur. Bununla belə, bizim də gözəl komandamız, bir sıra yaxşı oyunçularımız var. Bizə qarşı oyun onlar üçün asan olmayacaq. Bu, “Qarabağ”ın avrokuboklarda yarışdığı müddətdə ən yaxşı nəticəsidir. Komanda Çempionlar Liqası və Avropa Liqasının qrupunda oynayıb, amma ilk dəfə daha irəli getdi. Əlbəttə, “Marsel” favoritdir. Amma iki oyunda üz-üzə gəldiyin zaman hər şey ola bilər".
Ozobiç gələcək karyerası haqda isə deyib: “Görək bundan sonrası necə olacaq. Mənim üçün ən vacibi sağlam olmaq, yaxşı oynamaqdır. Qalanı özü gələcək. Karyeram boyu çox zədə almışam, amma uğurlu işlər də görmüşəm. Xorvatiyada insanlar “Qarabağ”ı yaxşı tanımırlar. Lakin bu, əla və intizamlı klubdur”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video