“Beşiktaş” – “Fənərbaxça” oyunu Bakıda?

“Beşiktaş” – “Fənərbaxça” oyunu Bakıda?
ÖLKƏ FUTBOLU 6 Yanvar 2022 / 12:03 6208
-  A +

Türkiyə Superkubokunun finalında 2011-ci ildə keçirilməli olan və təxirə salınan “Beşiktaş” – “Fənərbaxça” matçı Bakıda oynanıla bilər. 

Qol.az xəbər verir ki, bu barədə Türkiyənin tanınmış jurnalisti Ertem Şener öz sosial şəbəkə hesablarında paylaşım edib. O, sözügedən qarşılaşmanın Bakı Olimpiya Stadionunda təşkil olunacağını yazıb. 

Qeyd edək ki, 2011-ci ildə oyunun təxirə salınmasına səbəb "Fənərbaxça" rəsmilərinin adlarının danışılmış matçlarda hallanması olub. "Fənərbaxça" həmin il oyun alqı-satqısı iddiasına görə keçirilməyən Türkiyə Superkuboku uğrunda matçın təşkilini  tələb edib. İstanbul təmsilçisi bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner