“Qarabağ”ın rəqibi futbolçusunu icarəyə göndərdi

“Qarabağ”ın rəqibi futbolçusunu icarəyə göndərdi
ÖLKƏ FUTBOLU 6 Yanvar 2022 / 11:31 2188
-  A +

“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Marsel” müdafiəçisi Cordan Amavini icarəyə verib. 

Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 28 yaşlı müdafiəçi karyerasını “Nitsa”da davam etdirəcək. O, Liqa 1 təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. Həmçinin anlaşmaya əsasən, “Nitsa” yayda Amavini birdəfəlik transfer etmək hüququna malik olacaq. 

Qeyd edək ki, 2017-ci ildən “Marsel”in formasını geyinən Amavi bu komandanın heyətində 126 oyun keçirib.

Əlavə edək ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də və 24-də keçiriləcək.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner