Polşa mətbuatı “Legiya”dan ayrılacağı iddia edilən millimizin üzvü Mahir Emreli ilə bağlı növbəti xəbərləri yayıb.
Qol.az xəbər verir ki, weszlo.com saytı 25 yaşlı hücumçunun “Legiya”ya məktub göndərərək klubun Dubay toplanışında iştirak etməyəcəyini bildirdiyini yazıb. Xəbərdə Mahirin Varşava təmsilçisi ilə müqaviləsinin birtərəfli ləğv olunmasını istədiyi qeyd olunub.
Bu ərəfədə Polşa mətbuatında ortaya çıxan fikirlərdən biri də odur ki, menecerlər də daha çox pul qazanmaq üçün oyunçunun klubunu dəyişməsində maraqlıdır. Lakin Emrelini “Legiya”ya aparan Seven Yunayted agentliyinin nümayəndəsi Mateus Ozoq weszlo.com-a açıqlamasında bunu inkar edib:
“Bu, doğru deyil. Mahirə tövsiyə etdik ki, “Legiya”da qalsın və yazda klubun özünə gəlməsi üçün mübarizə aparsın. İnanıram ki, bu, hər iki tərəf üçün ədalətli, ən yaxşı həll yolu olardı. Bilirəm, Mahir məlum qalmaqladan sonra özünü pis hiss etdi, amma o, çox adamın dəstəyinə arxalana bilərdi. Bu gün görürük ki, başqa qərarlar da verilib, “Legiya” ilə danışıqlar üçün kənar şəxslər cəlb olunub. Mən bu prosesdə iştirak etmirəm”.
Xəbərdə o da qeyd olunub ki, Mahirin “Legiya”dan ayrılmasını ən çox onun ailəsi istəyir və Varşava təmsilçisindən hücumçu üçün təklif göndərən klublarla danışığa getməsini tələb edir. Lakin “Legiya”nın Mahiri aşağı məbləğə satmaq fikrində olmadığı bildirilib.
Portalın yazdığına görə, Mahir üçün ciddi maraq göstərən Bundesliqa klubu da olub. Hətta adı açıqlanmayan klub "Legiya"nı qane edəcək məbləği ödməyə hazır olub. Lakin danışıqlar uğursuz alınıb.
Xatırladaq ki, M.Emreli yayda "Legiya" ilə 3+1 illik müqavilə imzalayıb. "Legiya" fanatlarının Ekstraklasanın 18-ci turunda "Visla"ya 0:1 hesablı məğlubiyyətdən sonra komandanın bəzi legioner futbolçularına hücumu nəticəsində başından xəsarət alan millimizin üzvünün baş verənlərə görə Polşa təmsilçisindən ayrılmaq istədiyi yazılır. Onun adı Macarıstanın "MOL Fehervar" və Yunanıstanın "Aris" klubu ilə hallanır.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda
Bu oyunda Çempionlar Liqasının himni səsləndirilmədi - Video