UEFA Abbas Hüseynovun qolunu paylaşdı

UEFA Abbas Hüseynovun qolunu paylaşdı
ÖLKƏ FUTBOLU 3 Yanvar 2022 / 14:44 2937
-  A +

UEFA Konfrans Liqasının rəsmi tviter hesabı növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Qol.az xəbər verir ki, paylaşımda turnirin qrup mərhələsində iti bucaq altından vurulmuş 3 qol yayımlanıb.

"Qarabağ"ın futbolçusu Abbas Hüseynovun 3-cü turda Bakıda Qazaxıstan "Kayrat"ına vurduğu qol da onların arasında yer alıb.

Xatırladaq ki, "Qarabağ" həmin görüşdə Abbasın 90+1-ci dəqiqədəki qolu ilə 2:1 hesablı qələbə qazanıb.


Qarabağ FK
Son xəbərlər
topaz banner