Namik oynadı, komandası mübarizəni dayandırdı

Namik oynadı, komandası mübarizəni dayandırdı
ÖLKƏ FUTBOLU 30 Dekabr 2021 / 22:24 2919
-  A +

Azərbaycan millisinin üzvü Namik Ələsgərovun da çıxış etdiyi "Bursaspor" Türkiyə Kubokunun 1/16 final mərhələsində əfərdə Super Liqa təmsilçisi "Qazianteplə" qarşılaşıb.

Qol.az xəbər verir ki, matçın əsas və əlavə vaxtı 1:1 hesablı bərabərliklə başa çatıb. Penaltilər seriyasında daha dəqiq olan (5:4) "Qaziantep" 1/8 finala vəsiqə qazanıb. "Bursaspor" isə kubokda mübarizəni dayandırıb.

Namik də bu görüşün iştirakçısı olub. Qarşılaşmaya start heyətdə başlayan 26 yaşlı vinger 62-ci dəqiqədə əvəzlənib.


Qarabağ FK
Son xəbərlər
topaz banner