"Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim"

"Ronaldinyoya "Qarabağ"ın formasını hədiyyə etdim"
ÖLKƏ FUTBOLU 29 Dekabr 2021 / 11:05 3752
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Reynaldo əfsanəvi braziliyalı Ronaldinyo ilə bağlı xatirələrini bölüşüb.

Qol.az xəbər verir ki, o, özünün İnstaqram səhifəsində həmyerlisi ilə şəklini paylaşaraq yazıb:

"Ronaldinyo ilə Bakıdakı görüşümü yaxşı xatırlayıram. Onunla bu şəkli də o vaxt çəkmişdim. Ronaldinyo ilə söhbət etdik. Amma nə haqda danışdığımız indi yadımda deyil. O zaman ona "Qarabağ"ın formasını hədiyyə etdim. Maraqlı görüş oldu".

Xatırladaq ki, Ronaldinyo "Qəbələ" Futbol Klubunun dəvəti ilə 2016-cı ildə Bakıda olub.

Daha çox


Son xəbərlər
07.03.26  18:46

Noyer sıradan çıxdı

topaz banner