Azərbaycan futbolundakı acınacaqlı durum davam etməkdədir.
Qol.az apasport.az saytına istinadən xəbər verir ki, 2021/22 mövsümü yenicə start götürən Region Liqasında bənzəri görünməyən daha bir hadisə baş verib.
Həmçinin oxuyun: Bölgə futbolunun qəfil “yada düşməsi”...
Şimal-Qərb regionu üzrə II turda keçirilən “Karvan” – “Göyəzən” oyunundan əvvəl stadiona toplaşan azarkeşlərdən pul yığılıb. Məsələ burasındadır ki, həyatda qalması üçün “Karvan”a yardım kampaniyası çərçivəsində yevlaxlılardan hərəyə 1 manatdan dəstək olmaq xahiş edilib. Ancaq heç kim buna məcbur edilməyib, proses könüllü şəkildə aparılıb.
Məlumatı “Karvan”ın baş məşqçisi Kənan Kərimov təsdiqləyib. O, komandanı ayaqda saxlamaq üçün başqa variantlarının olmadığını söyləyib: “Ümumiyyətlə, bank hesabı açmışıq, bir çox iş adamına müraciət etmişik. Komandanı saxlamaq böyük vəsait tələb edir. Şəhərə afişalar vuruldu ki, insanların məlumatı olsun. Ən azı sevinməlidirlər ki, mənim sayəmdə futbol Yevlaxa qayıdıb. Oyun zamanı isə stadionda elə böyük məbləğ yığılmadı. Afişada da qeyd olunub ki, bu kampaniya “Karvan”a dəstək üçün aparılır. Bəzi insanlar bunu səhv başa düşdülər”.
Kərimov toplanan pulun məbləğini də açıqlayıb: “Orada cəmi 116 manat pul yığıldı. Goranboydan, Mingəçevirdən, Ləkidən gələn futbolçularımız var. Toplanan pulun üstünü də düzəldib yol xərci kimi onlara verdim. Bunu ondan ötrü eləmişik ki, heç olmasa digər rayonlardan gələn futbolçuların yol pulunu verə bilək. Yevlaxlı futbolçuların isə cibinə hələ bir manat da girməyib”.
Qeyd edək ki, vaxtilə Premyer Liqada çıxış edən “Karvan” 2004/05 mövsümündə bürünc, növbəti mövsüm isə gümüş mükafat qazanıb. Köklü klubumuz 2006/07 mövsümündə UEFA Kubokunun (indiki Avropa Liqasının) I təsnifat mərhələsində Slovakiya klubu “Spartak”ı (Trnava) üstələməklə bu turnirdə mərhələ adlayan ilk Azərbaycan klubu olub.
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi
"Neftçi" - "Turan Tovuz": Heyətlər
“Şəmkir” - “Xankəndi” matçı niyə baş tutmadı? - PFL açıqladı
"Liverpul" "Qalatasaray"la matça ciddi itkilərlə çıxacaq
"Şirvan" evdə qələbə qazandı, Şəmkirdə matç baş tutmadı
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
Mbappe "Real"ın həkimlərinə etibar etmir
Azərbaycan millisinin üzvü Yunanıstan kubokunu qazandı
"Xavi özündənrazı olmuşdu" - Joan Laporta
"Vallah, bilmirəm nə deyim" - "Sumqayıt"ın kapitanı
Nəriman artıq ABŞ-dadır
PSJ yeni formasını təqdim etdi - Şəkil
Braziliya futbolunda belə dava olmayıb - Video
Endrik yenə Fransada hamını qabaqladı
"Barselona"da işim bitib, geri qayıtmayacam"
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi
“Qarabağ”ın oynadığı “İmarət” indi belə görünür - Video
Dadaşov komandasına kömək edə bilmədi
"Ayaks" yeni baş məşqçisini açıqladı
Kökçünün komandası böyük hesabla uduzdu
"Milan "İnter"ə belə qalib gəldi - Video
“Musa yavaş-yavaş böyüyür” - Video
Azərbaycan millisindən uğurlu nəticə
"Fənərbaxça" və "Rizespor" qalib gəldi
"Çempionat heç də asan keçmir" - Qurban Qurbanov
İmişlidə vurulan 4 qol - Video
"Liverpul" "Monako"nun gənc oyunçusunu hədəfə aldı
Az oyun şansı qazandığı üçün klubdan gedir
"Qarabağ"ın 6 qollu möhtəşəm qələbəsindən - Video
"Neftçi"də yeni təyinat baş tutdu
Daha az maaşla "Çelsi"yə keçə bilər
Aşağı liqa təmsilçilərinə uduzaraq kubokla vidalaşdılar
A seriyası matçında qapılara yalnız bir dəqiq zərbə vuruldu