“Keşlə”nin adının dəyişdirilərək Şamaxıya köçürülməsi məsələsini eşitmişdim, amma bunun dəqiqləşdiyini ilk dəfə sizdən öyrənirəm”.
Qol.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov klubun adının dəyişdirilərək “Şamaxı” adlandırılması və həmin rayona köçməsinə münasibət bildirərkən deyib.
Həmçinin oxuyun: 21 ildə 4-cü ad dəyişikliyi
41 yaşlı çalışdırıcı bu köçün azarkeş marağı baxımından onlara üstünlük qazandıracağını düşünür: “Şamaxının yeni tikilmiş stadionu var. Tarix konkret bilinməsə də, artıq bölgə komandası kimi çıxış edəcəyik. Fikrimcə, bu köçün bizim üçün ən böyük üstünlüyü azarkeş dəstəyi olacaq. Düzdür, son matçlarımızda azarkeşlər bizi yaxşı dəstəkləyir. Amma Şamaxıda bu dəstək daha böyük olacaq. Açığı, çoxdandır Şamaxıya getmirəm. Görünən odur ki, şərait baxımından sıxıntı olmamalıdır. Mənfi cəhətə gəlincə, Bakıya daha çox alışqanlıq var idi”.
Qurbanovun fikrincə, komandanın bölgədə çıxış etməsi əcnəbi oyunçu transferi zamanı onlara çətinlik yarada bilər: “Mən hələ “Qəbələ”də olanda da danışıq zamanı əcnəbilər komandanın Bakıda qalıb-qalmayacağını soruşurdular. Bu baxımdan bir az problem yaşaya bilərik. Amma futbola daha çox bağlı olmaq lazımdır. Şamaxıda məskunlaşacağımız üçün dincəlmək üçün daha çox vaxtımızın olacağını da unutmaq olmaz. Digər tərəfdən Şamaxı ilə Bakı arasında elə böyük məsafə də yoxdur. Kim istəsə istirahət vaxtında evinə gedə bilər. Hazırda Bakıda yaşadığımız üçün konkret fikir bildirmək çətindir. Şamaxıya köçdükdən, bunları yaşadıqdan sonra nəsə söyləmək olar”.
Baş məşqçi paytaxt təmsilçilərinin sayının azalmasının və komandaların çoxunun rayonlarda oynamasının tərəfdarı olduğunu da söyləyib: “Məncə, komandaların paytaxtda deyil, bölgələrdə çoxluq təşkil etməsi futbolumuz üçün daha yaxşı effekt verər. Bölgələrdə futbol daha maraqlıdır. Azarkeşlər tribunaları dolduracaq, ajiotaj yaranacaq, çempionatda rəngarənglik artacaq. Hazırda 6 komanda Bakıda məskunlaşır, Sumqayıt isə paytaxtdan o qədər də uzaqda deyil. Bu baxımdan bölgə təmsilçilərinin sayının artması yalnız xeyir verər”.
Qeyd edək ki, Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və “Keşlə” arasında müzakirələr müsbət nəticələnib. Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə”nin adının dəyişdirilərək “Şamaxı” adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. (apasport.az)
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı