2022-ci ildən etibarən “Keşlə” “Şamaxı” adı altında fəaliyyət göstərəcək.
Qol.az xəbər verir ki, bu, klubun mövcud olduğu 21 il müddətində 4-cü ad dəyişikliyidir. 1997-ci ildə “Xəzər Universiteti” adı altında fəaliyyətə başlayan komanda əvvəlcə həvəskarlar liqasında, 1999/2000-ci il mövsümündə isə Azərbaycan çempionatının güclülər dəstəsində oynamağa başlayıb.
Həmçinin oxuyun: “Keşlə”nin adı dəyişdi – Bu rayonu təmsil edəcək
2004-cü ilin yayında isə komanda “İnter-Bakı”, daha sonra “İnter” adı altında çıxış edib.
2017-ci ilin oktyabr ayında klub növbəti dəfə ad dəyişikliyinə gedib. Bu dəfə onlar "Keşlə" kimi yarışmağa başlayıb.
2021-ci ilin noyabrın 10-da isə “Keşlə”nin adının növbəti dəfə dəyişdirilərək “Şamaxı” adlandırılması qərara alınıb.
AFFA-nın yaydığı açıqlamada qeyd edilir ki, məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə "Keşlə" FK-nın adının dəyişdirilərək "Şamaxı" Futbol Klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb. "Şamaxı" FK-nın "Keşlə" Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və "Keşlə" FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda