Pele futbol oynamaq istəyir

Pele futbol oynamaq istəyir
DÜNYA FUTBOLU 15 Oktyabr 2021 / 10:28 1733
-  A +

Bir müddət əvvəl əməliyyat olunan əfsanəvi Pelenin durumu yaxşıdır.

Qol.az xəbər verir ki, braziliyalı veteran futbolçu ölkəsinin mətbuatına açıqlamasında hətta futbol oynamağa hazır olduğunu bildirib: "İndi çox yaxşıyam, bazar günü futbol oynamağa da hazıram. Mənə dəstək olan və güc verən hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, 81 yaşlı Pele sentyabrın 6-da bağırsağındakı şişə görə əməliyyat olunub.


Son xəbərlər