"Bizim cüdoçular çox güclü və perspektivli idmançılardır. Kişilərin yarışında 7 çəki dərəcəsinin hamısında lisenziya qazanmışdıq. Bu, böyük uğur idi. Amma olimpiadada gözlədiyimiz nəticələri əldə edə bilmədik".
Bu fikirləri Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya və ikiqat Avropa çempionu Elnur Məmmədli kişi cüdoçuların Tokio-2020 Yay Olimpiya Oyunlarını medalsız başa vurması barədə danışarkən deyib.
O, milli komandanın müxtəlif təlim-məşq toplanışlarında və yarışlarda iştirak etdiyini xatırladıb: "Cüdoçular güləşmədilər və vuruşmadılar. Onların formaları da qaydasında idi. Çünki bir ay əvvəl idmançılarımız müxtəlif çəki dərəcələrində dünya və Avropa çempionatlarında medal qazanmışdılar. Bunların uğursuzluğu məni və hamını şoka saldı. Olimpiadalarda sürprizlər olur. Bəzən Avropa, dünya və olimpiya çempionları da məğlubiyyətlə üzləşir, sıradan idmançı isə medal qazanır. Yay Olimpiya Oyunlarının gözəlliyi də bundadır".
Məmmədlinin sözlərinə görə, uğursuzluğun səbəbi haqqında cüdoçuların danışmaları məntiqə daha uyğundur: "Ola bilər ki, kimsə pis yatıb, xəstələnib və s. Bunu daha dəqiq özləri bilər. Amma mütəxəssis, olimpiya çempionu və vitse-prezident kimi deyə bilərəm ki, bu, həqiqətən bizim üçün gözlənilməz oldu. Düşünürdük ki, hər çəkidə bizim medalımız olacaq".
Vitse-prezident 78 kq-dan yuxarı çəkidə bürünc medal əldə edən qadın cüdoçu İrina Kindzerska haqqında da danışıb: "Biz federasiya olaraq çalışırıq ki, xanımlar cüdo idman növü ilə məşğul olsunlar. Kindzerskanın medal qazanması çox sevindirici oldu. Uğurun sirrini deyə bilmərəm. Onu bilirəm ki, İrina vuruşdu. Kindzerskanı çox yarışda görmüşəm, amma bu olimpiadada fantastik mübarizə apardı" (Report).
Bu gün Milan derbisi var
PSJ-dən 5 qollu qələbə
Azərbaycan cüdoçusu Avropa çempionu oldu
"Milan" onunla yeni müqavilə imzaladı
"Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
Kurban Berdıyevdan qələbə şərhi
"Əl-Nəsr"dən Ronaldonu istədilər
“Turan Tovuz” "Sabah"ı məğlubiyyətə uğratdı
Mourinyo, Simeone...
Azərbaycan güləşçisi dünya çempionatının finalında
Hidayət Heydərov "Böyük Dəbilqə"də bürünc medal qazandı
Bakıda U-15 dünya çempionatının qalibi onlar oldular
2-ci liqada həftənin hakimləri
U-15 dünya çempionatının bağlanış mərasimi keçirilib
Merkel Kompaninin durumundan danışdı
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
"Milan"ın sahibi "Əl-Nəsr"ə şərik olmaq istəyir
Hakimlər oyundan sonra açıqlama verəcəklər - İspaniyada ilk
“Kəpəz” “Turan Tovuz”un rekordunu yenilədi
Ötən il Azərbaycanda oynayırdı, Hindistan klubuna keçdi
“Şaxtyor” futbolçusunu Rusiya millisi ilə oyuna buraxmayacaq
“Milan” və “İnter” yeni stadionun adını açıqladı
Azərbaycan millisi dünya çempionatında neçənci oldu?
“Fənərbağça”nın baş məşqçi vəzifəsinə 7 namizəd kimdir?
Ölkə kubokunda qol “yağışı”: 18 oyunda 107 qol
“Marafon”dan ilk
Kerrikdən Fernandeş qərarı
Derbidəki davaya görə cəzalar açıqlandı
Tarixi rekorda 15 qol qaldı
"Turan" voleybol klubu ÇL-də mərhələ adladı
“Everton” Cek Qrilişi cəzalandırdı
Ronaldo het-trik etdi, "Əl-Nəsr" qalib gəldi
Baş məşqçi onun milliyə getməsinə razı deyil
“Arsenal”ın şikayəti rədd edildi
“Artıq bu məsələni bağlamalıyıq”
“El-Klasiko”da qalmaqal: azarkeşi ağır cəza gözləyir
Azərbaycan millisi Vyetnama uduzdu
Baş məşqçidən tənqidlərə cavab
Könül Əliyeva “Böyük Dəbilqə”də tarix yazdı