“Bu oyun bizim “Sumqayıt”dan daha yaxşı olduğumuzu göstərdi”

“Bu oyun bizim “Sumqayıt”dan daha yaxşı olduğumuzu göstərdi”
ÖLKƏ FUTBOLU 22 İyul 2021 / 02:32 3051
-  A +

Serbiyanın “Çukariçki” klubunun məqçisi Pavle Delibaşiç Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”la oyundan sonra fikirlərini bölüşüb.

Qol.az xəbər verir ki, o, oyun sonrası mətbuat konfransında qolsuz başa çatan görüş haqda deyib:
 
“Bu oyun bizim üçün xüsusi önəm daşıyırdı. 90 dəqiqə ərzində qol vurmağa çalışsaq da, alınmadı. Qarşıda cavab matçı var. Ümid edirəm ki, həmin oyunda rəqibin müdafiə xəttini yarıb qol vuracaq və növbəti raunda adlayacağıq.
 
Qol bura bilmədik. Oyunçu seçiminə gəlincə, səhv edə bilərik. Amma belə olmaya da bilər. Çünki 90 dəqiqə ərzindəki təzyiq bizim daha yaxşı olduğumuzu göstərdi. Rəqibi müdafiədə saxladıq. "Sumqayıt" oyun ərzində heç nəyi dəyişə bilmədi. Qonaqların oyun üslubuna heç bir etirazım yoxdur”.

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi