Avro-2020-nin ən yaxşı gənc futbolçusu

Avro-2020-nin ən yaxşı gənc futbolçusu
AVRO-2020 12 İyul 2021 / 12:17 2410
-  A +

Avro-2020-nin ən yaxşı gənc futbolçusu müəyyənləşib.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, yarışın ən yaxşısı İspaniya millisinin üzvü Pedri seçilib.

Pedri Avro-2020-də 629 dəqiqə meydana olub. O, 6 matça çıxıb. Pedri ümumilikdə 76, 1 km məsafə qət edib. 18 yaşlı yarımmüdafiəçinin verdiyi ötürmələrin dəqiqliyi isə 92,3 faiz olub. 

Qeyd edək ki, İspaniya yarımfinalda İtaliyaya uduzaraq yarışda mübarizəni dayandırıb. İtaliya isə ötən gecə finalda İngiltərəyə qalib gələrək Avro-2020-nin qalibi olub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord