Avro-2020-nin ən yaxşı bombardiri müəyyənləşib.
Qol.az xəbər verir ki, bu, Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldodur. 36 yaşlı oyunçu sözügedən turnirdə 5 qol (3-ü penaltidən) vurub. Çexiya millisinin oyunçusu Patrik Şik də eyni sayda fərqlənib. Ancaq Ronaldo əlavə göstəricilərdə onu üstələyib. Kriştiano 1 qol ötürməsi versə də, Şik bunu bacarmayıb. Bundan əlavə portuqaliyalı futbolçu (360 dəqiqə) Şiklə (404 dəqiqə) müqayisədə meydanda daha az dəqiqə olub.
Qeyd edək ki, Harri Keyn (İngiltərə), Romelu Lukaku (Belçika), Kərim Benzema (Fransa) və Emil Forsberq (İsveç) hərəyə 4 qolla 3-6-cı pillələri bölüşdürüblər.
“Əl-Hilal”ın qapıçısı matçdan əvvəl sıradan çıxdı
Gənclərə yol göstərməsini istədilər, təklifi geri çevirdi
Messi və Ronaldo eyni komandada oynayacaq?
Sabiq klubuna qayıtmaq üçün aşağı maaşa razıdır
Rəhbərliklə münasibətləri pisləşdi, klubdan ayrıldı
1-ci Liqa klubunda yeni məşqçi təyinatı
34 yaşında karyerasını bitirdi
"Neftçi" nigeriyalı hücumçu transfer etdi
Alonso onu "Çelsi"də görmək istəmədi
“Beşiktaş”ın avrokubok matçı başqa ölkədə keçirilə bilər
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
“VAR qaydanı bilmirsə, vəzifəsindən getməlidir”