“Hazırda "Qarabağ" üçün xaricdən futbolçu gətirmək çətindir. Futbolçu gətirəndə də bilinmir nə dərəcə xeyir verəcək”.
Bu sözləri Qol.az-a açıqlamasında milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyev deyib.
Ağdam klubunun millimizin üzvü Ramil Şeydayevi yenidən heyətinə cəlb etməsində münasibət bildirən mütəxəssis bu transferin uğurlu olacağına inandığını deyib: “Həqiqətən "Qarabağ"a belə bir hücumçu lazım idi. Son vaxtlar Ramil Şeydayevin göstərdiyi oyun diqqəti cəlb edir. Eyni zamanda millidə də göstərdiyi əzmkarlıq ona dəlalət edir ki, "Qarabağ"a yararlı ola bilər. Ramilin “Qarabağ”a ikinci qayıdışıdır. Ona uğurlar arzu edirəm. "Qarabağ" hər halda bu transferi düşünərək edib. Qalib ruhlu futbolçu komandaya kömək edə bilər”.
Ş.Diniyev bildirir ki, "Qarabağ"ın oyun üslubu tam başqadır: “Daha çox mövqe hücumlarına üstünlük verir, top saxlamaq və topa nəzarət edən bir komandadır. Daha çox cərimə meydançasına ötürmələr edir. Ramildə isə boş zonaya açılmağı sevir. Onun qaçmağı, sürəti var. Əzmkar hücumçudur. Öz oyununu "Qarabağ"a uyğunlaşdırsa mənə elə gəlir ki, uğur qazana bilər. Balansı qoruya bilsə, yaxşı olacaq. İlk transferi ona görə uğurlu olmamışdı ki, Ramil başqa stildə oynayırdı. O vaxtlar "Qarabağ"a uyğun olmayan hücumçu idi. "Qarabağ"a cərimə meydançasında daha çox texniki və açıla bilən futbolçu, individual, driblinq edən futbolçu lazım idi. Ramil ən çox əks hücumlarda xeyirli olacaq, güclü komandalara qarşı yaxşı oynayacaq. Ümid edirəm ki, Ramil “Qarabağ”a uyğunlaşacaq”.
Qeyd edək ki, ötən gün Ramil Şeydayev "Sabah" klubundan ayrılaraq "Qarabağ" transfer olub.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu