UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Sumqayıt”ın rəqibi olan “Çukariçki” yoxlama oyunu keçirib.
Qol.az xəbər verir ki, Serbiya təmsilçisi Rusiyanın “Arsenal” (Tula) klubu ilə qarşılaşıb. Oyun “Çukariçki”nin 3:1 hesablı qələbəsiylə başa çatıb.
"Arsenal" (Rusiya) - "Çukariçki" (Serbiya) - 1:3
Qollar: Xluseviç, 41 (1:0), Vidosavleviç, 44 (1:1), Saviç, 81 (1:2), Çoloviç, 84 (1:3)
Qeyd edək ki, “Çukariçki” “Sumqayıt”la ilk oyununu iyulun 22-də Serbiyada keçirəcək. Cavab görüşü isə iyulun 29-da Sumqayıtda olacaq.
Yamaldan növbəti rekord
"O, böyük sərvət xərclənəcək oyunçu deyil"
Osimheni ağladan təsirli koreoqrafiya - Video
"Sabah"dan qol yağışı - Video
Güləşçimiz erməniyə qalib gələrək bürünc medal qazandı
"Hər iki klub üçün bu mövzu bağlanıb" - Valdas Dambrauskas