"İlk toplanışımız istədiyimiz kimi alındı. Əsas odur ki, zədəli futbolçumuz olmadı. Bir az Vüqar Mustafayevlə Tellur Mütəllimovun yüngül zədələri var idi. Onları riskə atmaq istəmirdik".
Bu fikirləri jurnalistlərə açıqlamasında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov "Qarabağ"a 1:3 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib.
40 yaşlı mütəxəssis Mustafayev və Mütəllimovun Türkiyənin Ankara şəhərindəki hazırlıq prosesinə qoşulacağını bildirib: "İlk oyun həmişə çətin olur. Futbolçular istirahətdən gəlib və ağır məşqlər keçiblər. "Qarabağ" kimi komandaya qarşı oynamaq yaxşıdır. Çünki bizi Konfrans Liqasında ağır oyunlar gözləyir. Bu gün oyunçulardan istədiyimizi aldıq. Oyunun tempini saxlamaq istəyirdik. Futbolçularımız hərəkətli idilər. Amma görüləsi işlərimiz çoxdur".
Abbasov "gənclik şəhəri" təmsilçisinin gənc futbolçuları haqqında bunları söyləyib: "Bu gün gənclərə şans verməli və səbrli olmalıyıq. Bunlardan nəisə tələb etsək və nəticə istəsək, düzgün olmaz. Hamısı akademiyadan çıxan oyunçulardır. Bizim də onlardan gözləntilərimiz var. Bu gün üçün onların Premyer Liqa üçün tam hazır olduğunu desək yalan olar. Onlar üçün Türkiyə toplanışında iştirak etmək şansdır".
Gənc baş məşqçi hücumçu Əli Qurbaninin məsələsinin həll edilmədiyini əlavə edib: "İlk növbədə bilməliyik ki, bu futbolçu bizimlə davam edəcək, ya yox. Bu günlərdə qərar verməliyik. Ondan sonra ən azı 3 futbolçu transfer etmək istəyirik. Çünki bizə mütləq futbolçu lazımdır. Həm güclənməliyik, həm də kollektivdə rəqabət olmalıdır. Gedən oyunçuların yerini doldurmalıyıq. Bunun üzərində işləyirik. Digər klublardan fərqimiz odur ki, legioner gətirmirik. Ancaq Azərbaycan əsillli oyunçular alırıq. Həmin futbolçular isə Rusiya və İranda olur. Çempionat bitəndən baxırıq. Bəzilərini gözaltı etmişik. Çalışacağıq ki, bir həftə ərzində transferləri həll edək".
Mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Serbiyanın "Çukariçki" klubu barədə danışıb: "Oyundan əvvəl Qurban Qurbanovla söhbət edirdik. Ona xatırlatdım ki, biz "Qarabağ"da oynayanda bazaya nə vaxt gəlirdiksə, Qurban Qurbanov hamımızdan tez orada olurdu. Fikirləşirdik ki, niyə dincəlmir? Amma özüm məşqçi olandan sonra gördüm ki, həqiqətən bu, bir dünyadır, bunun içinə girmək lazımdır. Püşkatmadan sonra rəqibi çox incələyirik. Zəif komanda olduğunu deyə bilmərəm, gənc kollektivdir. Serbiyanın U-21 yığmasında 5-6 futbolçuları çıxış edir. Onların qiymətlərinə baxsaq, sizi inandırım ki, "Neftçi" və "Qarabağ" bu oyunçuları transfer edə bilməz. Belə istedadlı futbolçulara sahibdir. Avrokuboklarda bizdən təcrübəlidirlər. Onlara qarşı oynamaq və mübarizə aparmaq olar. Biz inanırıq. Konfrans Liqasında ilkə imza atmaq istəyirik. Rəqibdən çəkinmirik, amma "Çukariçki" hörmət olunası, təcrübəli, nizam-intizamlı və 90 dəqiqə meydanda vuruşan komandadır. Bizi çətin oyun gözləyir".
Abbasov futbolçu Xəyal Nəcəfovun "Neftçi"yə transferini də dəyərləndirib: "Xəyal bizim üçün itkidir. O, mənim oynatdığım sistemə uyğun gəlirdi. Son iki gündə qərar verdim. Bu keçidə razılıq verməmişdim. Amma Nəcəfovun "Neftçi" adını eşidəndən sonra bizə kömək edə bilməyəcəyini gördüm. Sonra ona uğurlar arzuladım. "Neftçi" kimi böyük klubdan təklif gəlib. Mən istəyərdim ki, o, bir il də möhkəmlənsin. Mənə tam hazır olduğunu söylədi. Bu transferdən bizim klubumuz qazandı. Heyətimizi qorumağa çətinlik çəkirdik, amma bunun üçün çalışırıq. Akademiyadan çıxan futbolçunu sata bildik və klub qazandı. Həmin mövqedə olan gənc futbolçulara da yol açıldı. Əmir Ağayev daha əvvəl bizim komandadan getməsəydi, Xəyal Nəcəfov oynaya bilməyəcəkdi. Şəhriyar Əliyev getməsəydi, Elvin Bədəlov, Sərtan Taşkın getməsəydi, Süleyman Əhmədov oynaya bilməyəcəkdi. Bu gün Xəyalın mövqeyində gənc oyunçular var. Baş məşqçi kimi mənim üçün çətin olacaq. Amma klubun əsas məqsədlərindən biri də məhz budur. Rəhbərliklə əl-ələ vermişik ki, işimiz yaxşı alınsın".
Baş məşqçi Ankaradakı hazırlıq prosesində Türkiyənin "Sivasspor" və Avstriyanın "Rapid" (Vyana) klubundan əlavə yerli "Keçiörengücü" komandası ilə də qarşılaşacaqlarını söyləyib: "Keçiörengücü" ilə iyulun 5-də, "Sivasspor"la isə iyulun 10-da qarşılaşdıq. İyulun 14-də Rumıniya təmsilçisi ilə üz-üzə gəlməliyik. 15-i isə "Sivasspor"la görüşəcəyik".
Qeyd edək ki, "Çukariçki" və "Sumqayıt" arasındakı ilk oyun iyulun 21-də Serbiyada, cavab matçı isə iyulun 29-da Azərbaycanda olacaq (Report).
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı
Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər
AFFA-nın stadionu yenilənir - Şəkillər
Jinyak 11 ildən sonra klubunu tərk etdi
O da DÇ-2026-nı buraxacaq
1-ci liqada həftənin hakimləri məlum oldu
FİFA DÇ-2026-nın mükafat fondunu artıracaq
Zubir bu yay "Qarabağ"dan ayrılacaqmı?
AFFA Lənkəranda festival təşkil edib
"Şaxtyor" çempionluğa yaxınlaşır
Azərbaycan millisi Avropa Kubokunda 1-ci oldu
"Barselona" onlarla yolları ayırır
Cəlal oynadı, komandası uduzdu
Məşhur futbolçu sərxoş olub barda yatıb qaldı
Salahın ‘Liverpul’ karyerası belə bitdi
Azarkeşlər “Fənərbaxça”nın avtobusunu daşa basdılar - Video