"Sabah"dan Ozan Canla bağlı açıqlama
"Sabah"ın futbolçusu Ozan Kökçünün komandadakı taleyinə aydınlıq gəlib.
Klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a açıqlamasında Ozan Canın "Sabah"da qalacağını deyib. O, Türkiyənin 1-ci liqa təmsilçisi "Eyüpspor"un 22 yaşlı yarımmüdafiəçi ilə razılıq əldə etməsi xəbərinə belə münasibət bildirib:
"Futbolçunun "Sabah"la 2023-cü ilə kimi müqaviləsi var. Onunla bağlı bizə rəsmi təklif gəlməyib. Sabah komandamız növbəti mövsümün hazırlıqlarına start verəcək. Ozan da məşqlərdə iştirak edəcək".
Qeyd edək ki, Ozan Can Kökçü ötən mövsümün ikinci yarısında icarə əsasında Niderlandın "Telstar" klubunda çıxış edib.
Xatırladaq ki, türk əsilli futbolçu milliləşdirilərək U-21 yığmamıza cəlb olunub.