İran millisinin sabiq futbolçu Əli Daei Portuqaliya yığmasının kapitanı Kriştiano Ronaldonun onun dünya rekordunu təkrarlaması haqqında növbəti açıqlama verib.
Qol.az xəbər verir ki, Ronaldo Avro-2020-nin F qrupunun 3-cü turunda Fransa ilə görüşdə (2:2) dubl etməklə Əli Daeinin dünya rekorduna şərik olub (109 qol).
36 yaşlı hücumçu daha bir dünya rekordunu qırmağa çox yaxın olsa da, Portuqaliya millisi 1/8 finalda Belçika səddini aşa bilməyib və mübarizəni dayandırıb. Ronaldo isə son oyunda qol vurmağa müvəffəq olmayıb. Əli Daei bununla bağlı AS-a açıqlamasında deyib:
“Ronaldonun rekordumu qıracağını gözləyirdim. Əslində millidə 109 yox, 111 qol vurmuşam, amma bunun artıq əhəmiyyəti yoxdur. İnanıram ki, oyun tərzi və yaxşı forması sayəsində Kriştiano daha çox qol vuracaq. Bu rekordu qazanmağa layiq olduğunu bilirəm. Belə bir oyunçunun rekordumu təkrarlaması mənim üçün şərəfdir".
Qeyd edək ki, Əli Daei Asiya Oyunlarında Əfqanıstana 2 qol vurub. Lakin FİFA bu turnirdəki qolları hesaba almır. Qurum bu turnirdəki yığmaları Olimpiya milisi kimi qəbul edir.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu