"Sumqayıt"dan növbəti transfer

"Sumqayıt"dan növbəti transfer
ÖLKƏ FUTBOLU 24 İyun 2021 / 18:12 2884
-  A +

“Sumqayıt” 2021/22 mövsümü üçün daha bir futbolçunu heyətinə cəlb edib.
 
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki,son mövsümü “Qəbələ”də keçirmiş yarımmüdafiəçi Roman Hüseynovla 1 illik müqavilə imzalanıb. Hüseynov “20” nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Roman Hüseynov “Qəbələ” (35 oyun, 2 qol) və “Kəpəz”in (11 oyun) uğurları üçün çalışıb. 23 yaşlı yarımmüdafiəçi Azərbaycanın U-17, U-19 və U-21 millilərində çıxış edib.

Xatırladaq ki, bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" bu yay Yusif Nəbiyev, Xəzər Məhmudov və Tərlan Əhmədlini də transfer edib.

Daha çox


Son xəbərlər
topaz banner