"Qarabağ" futbolçusu Musa Qurbanlı ilə müqaviləni uzadıb.Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı hücumçunun yeni sözləşmısi 3 illikdir.
Qeyd edək ki, "Qarabağ" buna qədər Maksim Medvedev, Bədavi Hüseynov, Elvin Cəfərquliyev, Qara Qarayev, Abbas Hüseynov, Rahil Məmmədov, Toral Bayramov və Şahruddin Məhəmmədəliyevlə də müqaviləni yeniləyib.
