Polşa "Legiya"sında çıxış edən millimizin üzvü Mahir Emreli klubun rəsmi "İnstaqram" hesabında canlı yayım zamanı azarkeşlərin suallarını cavablandırıb.
Qol.az xəbər verir ki, o, bu zaman sevimli 5 klubun adını da açıqlayıb: “Gənc yaşlarımda ilk olaraq “Qalatasaray”ın oyunlarını izləmişəm. "Barselona"nı oyun tərzinə görə bəyənirəm. Digərləri isə "Mançester Siti", "Bavariya" və PSJ-dir. Çempionatlardan isə La Liqanı sevirəm. Amma açığı, İngiltərə Premyer Liqasını da qeyd etməliyəm".
Emreli "2025-ci ildə özünüzü harada görürsünüz" sualına isə belə cavab verib: "Əlbəttə, bu, beş klubdan birində. Həyat gözlənilməzdir. Məqsədim inkişaf etmək və dünənkindən daha yaxşı olmaqdır".
23 yaşlı hücumçu "Legiya"ya keçidindən də danışıb. O bildirib ki, təklifləri çox olduğu üçün qərar vermək çətin olub: "Daha əvvəl ardıcıl 7 dəfə Azərbaycan çempionu olan "Qarabağ"da oynamışam. Kuboklar uğrunda mübarizə aparan komandada olmaq istəyirdim. Buna görə "Legiya"nı seçdim. Bu, tarixə sahib olan klubdur. Avrokuboklar uğrunda mübarizə apara bilmək mənim üçün də vacib idi".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu