“Neftçi”nin ilk yoxlama oyununun vaxtı açıqlandı

“Neftçi”nin ilk yoxlama oyununun vaxtı açıqlandı
ÖLKƏ FUTBOLU 20 İyun 2021 / 17:42 2027
-  A +

“Neftçi”nin təlim-məşq toplanışının ikinci mərhələsində keçirəcəyi ilk yoxlama matçının məkanı və başlanma saatı müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Sloveniyanın “Olimpiya” klubu ilə görüş “Kodeljevo Sport Ljubljana” stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Oyun “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq. Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan "Neftçi" toplanış çərçivəsində daha 2 yoxlama oyunu keçirəcək. İyunun 25-dəki görüşdəki rəqib hələ ki müəyyənləşməyib. Sonuncu sınaq matçı isə ayın 29-da Moskva “Spartak”ına qarşı olacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın