"Neftçi" yeni futbolçu aldı - Video

"Neftçi" yeni futbolçu aldı - <b style="color:red">Video</b>
ÖLKƏ FUTBOLU 20 İyun 2021 / 11:21 5079
-  A +

"Neftçi" heyətinə yeni futbolçu qatıb.

Qol.az xəbər verir ki, paytaxt təmsilçisi San-Tome və Prinsipi Demokratik Respublikasından olan yarımmüdafiəçi Harramiz Quita Ferreyra Soares ilə 2 il müddətinə müqavilə bağlayıb. 30 yaşlı futbolçu komandanın heyətində 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Harramiz Portuqaliyanın “O Elvas” (2009-2010), “Aljustrelense” (2010-2011), “Uniao Montemor” (2011-2013), “Benfika B” (2013-2014), “Farense” (2014-2016), “Kovilya” (2016-2017), “Akademika” (2017-2018), “Tondela” (2018), “Mafra” (2018-2019), “Leyşoynş” (2019-2020) və “Eştoril” (2021) klublarında çıxış edib. Son mövsüm 23 oyunda 4 qol vurduğu “Eştoril”lə Portuqaliya çempionatının 2-ci liqasının çempionu olub. Harramiz 2015-ci ildən San-Tome və Prinsipi milli komandasında 15 oyun keçirib, 2 qola imza atıb.

Qeyd edək ki, “Neftçi” bundan əvvəl paraqvaylı yarımmüdafiəçi Sezar Meza Kollini transfer edib.


 

Daha çox


Son xəbərlər
31.07.21  21:53

"Bavariya" yenə uduzdu