Mahir "Legiya"da ilk oyununda het-trik etdi

Mahir "Legiya"da ilk oyununda het-trik etdi
ÖLKƏ FUTBOLU 17 İyun 2021 / 21:30 7299
-  A +

Bu yay "Qarabağ"dan ayrılaraq Polşanın "Legiya" klubuna keçən Mahir Emreli yeni komandasında ilk oyununa çıxıb.

Qol.az xəbər verir ki, o, hazırda Avstriyanın 3-cü liqa təmsilçisi "Bisşofşofen" klubu ilə keçirilən yoxlama matçında start heyətində meydana daxil olub. 

Mahirin yeni komandasında debütü uğurlu alınıb. Millimizin üzvü hazırda ilk hissəsi keçirilən görüşdə 3 qol vurub. O, 6, 22 və 36-cı dəqiqələrdə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, "Legiya" Mahir Emrelinin vurduğu qollarla 3:0 hesabı ilə öndədir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı