Rövnəq Abdullayev Nihat Özdemirlə görüşdü

Rövnəq Abdullayev Nihat Özdemirlə görüşdü
ÖLKƏ FUTBOLU 16 İyun 2021 / 15:55 658
-  A +

Bu gün AFFA-nın prezidenti Rövnəq Abdullayevlə Türkiyə Futbol Federasiyasının prezidenti Nihat Özdemir arasında görüş keçirilib.

Qol.az xəbər verir ki, görüşdə AFFA və TFF arasında qarşılıqlı əməşdaşlıqla bağlı ətraflı fikir mübadiləsi aparılıb.

R.Abdullayev Avro-2020 çərçivəsində keçirəcəyi oyunlarda Türkiyə milli komandasına uğurlar arzulayıb.
N.Özdemir xoş arzulara görə AFFA prezidentinə təşəkkürünü bildirib.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov, TFF-nin baş katibi Kadir Kardaş və digər rəsmi şəxslər iştirak edib.

Qeyd edək ki, bu gün Türkiyə millisi Avro-2020-nin qrup mərhələsinin 2-ci turuna Bakıda Uels yığması ilə qarşılaşacaq. Bakı Olimpiya Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq.



Daha çox


Son xəbərlər