“Neftçi”nin baş məşqçisi Samir Abasov UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində püşkün nəticəsinə münasibət bildirib.
Qol.az xəbər verir ki o, klubun rəsmi saytına açıqlamasında bunları deyib:
“Rəqibimiz bir az əvvəl müəyyənləşib. İndi rəqib haqda fikir bildirmək çətindir. Artıq bu gündən rəqibi təhlil etməyə, araşdırmağa başlayacağıq. Tbilisi “Dinamo”sunun əsas üstünlüyü Gürcüstan çempionatının hazırda davam etməsidir. Komanda formadadır, iki gün əvvəl “Samtredia”ya səfərdə 2:0 hesabı ilə qalib gəlib. Digər tərəfdən “Dinamo”nun baş məşqçisi Kaxaber Tsxadadzeni yaxşı tanıyırıq. Bakı “İnter”ində onun rəhbərliyi altında oynamışam, nəyə qadir olduğunu bilirəm. Düzdür, müəyyən problemlərimiz var. Məsələn, viza problemi ilə əlaqədar bəzi futbolçularımız hazırlığa qoşula bilməyiblər, millidən qayıdanlara isə yorğun olduqları üçün istirahət verilmişdi. Bunu panikaya düşmək üçün demirəm, tam ciddiyəti ilə oyuna hazırlaşacağıq. Təbii ki, üstünlüklərimiz də var. Açığı, püşkdən əvvəl soruşsaydınız, rəqiblər arasında fərq qoya bilməzdim. Kimliyindən asılı olmayaraq, rəqibi eyni cür təhlil edib, hazırlaşacaqdıq. Öz prizmamızdan baxsaq, Çempionlar Liqasında böyük təcrübəsi olan komanda deyilik, uzun illərdir bu turnirdən uzaq qalmışıq. Bu bizim üçün bir sınaq olacaq və inanıram ki, bu sınaqdan üzüağ çıxacağıq. Əlbəttə, mərhələni adlamaq şansımız var. İnşallah, xalqımızın, azarkeşlərimizin dəstəyilə mərhələni adlayacağıq”.
Qeyd edək ki, “Dinamo” ilə ilk oyun iyulun 6-7-də səfərdə, cavab matçı isə ayın 13-14-də “Bakcell Arena”da keçiriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu