"Sumqayıt"dan növbəti transfer

"Sumqayıt"dan növbəti transfer
ÖLKƏ FUTBOLU 14 İyun 2021 / 17:42 2475
-  A +

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” Yusif Nəbiyevin ardınca daha bir futbolçunu heyətinə cəlb edib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "kimyaçılar" son mövsümü “Keşlə”də keçirmiş Xəzər Mahmudovla 2 illik müqavilə imzalayıb. 20 yaşlı yarımmüdafiəçi yeni komandasında “19” nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, ötən mövsümü 3-cü pillədə başa vuran "Sumqayıt" ölkəmizi Konfrans Liqasında təmsil edəcək.

Daha çox


Son xəbərlər