Buffon: "3-4 gün ərzində yeni klubumun adını öyrənəcəksiniz"

Buffon: "3-4 gün ərzində yeni klubumun adını öyrənəcəksiniz"
ÖLKƏ FUTBOLU 14 İyun 2021 / 16:45 1111
-  A +

"Yuventus"dan ayrılan Canluici Buffon "Parma"ya keçəcəyi haqda yayılan məlumatlara münasibət bildirib.

Qol.az xəbər verir ki, 43 yaşlı qolkiper "Sport Mediaset"ə müsahibəsində bir neçə gün ərzində yeni klubunun adına aydınlıq gələcəyini deyib:

"Karyeramın sonunda nə əldə etmək istədiyimi dəqiq bilirəm. Mənim üçün daha vacib olan versiyanı seçəcəyəm. Menecerim sabah mənim yanıma gələcək. Beləliklə, 3-4 gün ərzində hər şeyi öyrənəcəksiniz".

Qeyd edək ki, Buffonu hazırda bir neçə klub heyətinə qatmaq istəyir. Bu klublar sırasında "Beşiktaş", "Benfika", "Barselona" və "Parma"nın adı çəkilir. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı