"Sumqayıt"dan ilk transfer

"Sumqayıt"dan ilk transfer
ÖLKƏ FUTBOLU 14 İyun 2021 / 14:40 2432
-  A +

Bu mövsüm ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Sumqayıt" ilk futbolçu keçidini reallaşdırıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəllər də bu komandanın şərəfini qorumuş cinah oyunçusu Yusif Nəbiyevlə 1+1 illik müqavilə imzalanıb. 23 yaşlı futbolçu "74" nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, Yusif Nəbiyev 2016/17 və 2018/19 mövsümlərində icarə əsasında "Sumqayıt"da çıxış edib. Ümumilikdə 39 oyuna 4 qol vuran Nəbiyev "Qəbələ" (31 oyun, 2 qol) və "Zirə"nin (7 oyun) uğurları üçün çalışıb. Yusif Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında da oynayıb.

Daha çox


Son xəbərlər
topaz banner